Bayram günlərində 20 yol qəzasında 8 nəfər ölüb

11:26 - 9 Yanvar 2024 - ÖLKƏ İÇİ

Qeyri-iş günlərində, yəni yanvar ayının 1-6 tarixləri aralığında respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 20 yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az DİN-nin BDYPİ-yə istinadən xəbər verir ki, nəticədə 8 nəfər həyatını itirib , 20 nəfər isə xəsarət almışdır.

DİN-nin BDYPİ tərəfindən dəfərlərlə media subyektlərində, eləcə də sosial şəbəkələr üzərindən əhaliyə edilən müraciətlərə baxmayaraq, hələ də sürücülər tərəfindən yol hərəkəti qaydaları pozulur. Bunun nəticəsində də arzuolunmaz hadisələr baş verir. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində ilk sırada sürət həddinin aşılması dayanır. Bundan başqa sürücülərin manevretmə qaydalarını kobud şəkildə pozması, əks yola çıxma, nəqliyyat vasitəsinin nasaz halda idarəeilməsi də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bir daha sürücülərdən yol hərəkəti qaydalarının tələblərinə ciddi şəkildə riayət etmələrini tövsiyə edirik”.

Xəbər xətti