Koreya Respublikasının parlamenti itlərin ətini yemək məqsədilə yetişdirilməsini və kəsilməsini qadağan edən qanun layihəsini qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Chosun Ilbo” qəzeti məlumat yayıb.
Qanun layihəsi it ətinin kommersiya məqsədləri üçün yayılmasını da qadağan edir. Bir itin ətini əldə etmək məqsədilə öldürülməsi üç ilə qədər həbs və ya 30 milyon von (22,8 min dollar) məbləğində cərimə ilə nəticələnə bilər. Qanun layihəsində üç illik keçid dövrü var və bu müddət ərzində cərimələr tətbiq edilməyəcək.