"Sportinq Kanzas Siti" Messiyə görə "İnter Mayami" ilə matçı başqa arenaya köçürüb
Ucnoqta.az xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb. "Sporting Kanzas City" "İnter Mayami" matçı daha böyük arenaya köçürülüb.
Təxirə salınmasına səbəb azarkeşlərin “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messiyə inanılmaz marağı olub. Klubun əsas ev stadionu 18 min tamaşaçı tutumuna malikdir. Klub matçı Milli Futbol Liqası (NFL) komandası "Kanzas Siti Çifs"in ev oyunlarını keçirdiyi Arrowhead Stadionunda keçirməyə qərar verib. Arenanın tutumu 76 min tamaşaçıdan bir qədər çoxdur.
"Sportinq Kanzas Siti" - "İnter Mayami" matçı aprelin 14-də keçiriləcək.