Çərşənbə axşamı xilasedicilər Yaponiya dənizi sahillərindəki Noto yarımadasında baş verən silsilə zəlzələlər nəticəsində həlak olan daha 22 nəfərin cəsədini çıxarıblar.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, beləliklə, İşikava prefekturasının məlumatlarına görə, qurbanların sayı 202-yə çatıb.
Daha əvvəl 180 nəfərin öldüyü bildirilirdi. Ən azı 102 nəfər hələ də itkin düşənlər siyahısındadır. Zəlzələdən zərər çəkmiş ərazilərin 28 minə yaxın sakini təxliyyə məntəqələrində qalmaqda davam edir.
Fəlakətdən ən çox İşikava prefekturası zərər çəkib: orada ən azı 1370 ev tamamilə və ya qismən dağılıb, yanğınlar isə 300-dən çox binanı məhv edib.