Yaponiyanın əsas Honsyu adasındakı Noto yarımadasının ərazisi yanvarın 1-də orada baş vermiş zəlzələ nəticəsində 4,4 km kvadratmetr artıb.
Ucnoqta.az xəbər verir ki, Yaponiya Coğrafiya Cəmiyyəti və Tokio Universitetinin Seysmologiya İnstitutunun apardığı araşdırmaya görə, dəniz dibinin yüksəlməsi bölgənin sahil xəttini bəzi yerlərdə 250 metr şimala doğru itələyib.
Yerli sakinlərin ifadəsinə görə, dibin qalxması demək olar ki, dərhal və zəlzələ ilə eyni vaxtda baş verib. Bəzi yerlərdə bu, təbii dalğaqıranları yaratdı və zəlzələnin yaratdığı 3-5 m hündürlüyündə sunaminin potensial dağıdıcı təsirini azaldıb.