Livan İsraillə danışıqlara hazır olduğunu açıqlayıb

00:54 - 9 Yanvar 2024 - DÜNYA

Livan hökuməti ölkənin cənubundakı münaqişənin diplomatik həlli üzərində işləyir və onun həyata keçirilməsi Qəzzaya qarşı təcavüzün dayandırılması ilə əlaqələndiriləcək.

Ucnoqta.az xəbər verir ki, bunu respublikanın baş naziri Nəcib Mikati “Əl-Hurra” telekanalına müsahibəsində deyib.

“Biz tərəfləri Livanın cənubunda və İsrailin şimal sərhədlərində uzunmüddətli sabitliyə nail olmaq üçün danışıqlara başlamağa hazır olduğumuzu bildirdik”, - deyə Mikati bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri, Livan və İsrail arasında sərhəd mübahisələrinin həllində vasitəçi olan Amos Hokstinin Beyruta gəlməsi planlaşdırılır.

"Biz onunla bütün cari məsələləri müzakirə edəcəyik" - baş nazir deyib.

Xəbər xətti