ABŞ-nın qoşunlarını İraqdan çıxarmağı planlaşdırmır

00:39 - 9 Yanvar 2024 - DÜNYA

ABŞ administrasiyası hazırda təxminən 2,5 min nəfər olan qoşunlarını İraqdan çıxarmağı planlaşdırmır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

Bundan əvvəl İraqın baş naziri Məhəmməd əl-Sudani ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqda mövcudluğu ilə bağlı əsaslandırmaların başa çatdığını bildirib. 

"Hazırda qoşunların çıxarılması ilə bağlı hər hansı plan barədə məlumatım yoxdur. Biz hələ də İD-nin tam məğlubiyyətinə yönəlmişik", - Rayder qeyd edib.

 Hərbi idarənin nümayəndəsi qeyd edib ki, ABŞ silahlı qüvvələri bu ölkə hökumətinin dəvəti ilə İraqdadır.​

Xəbər xətti