İsveç 2025-ci ildə - Stokholmun gözlədiyi kimi NATO-ya yekun daxil olduqdan sonra Latviyaya 800 əsgər göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Krallığın Baş naziri Ulf Kristersson Xalq və Müdafiə konfransında bildirib.
“Hökumət ixtisar edilmiş İsveç batalyonunun Latviyada Kanadanın rəhbərlik etdiyi NATO qüvvələrinin tərkibində iştirak etmək qərarına gəlib”, - deyə “Dagens Nyheter” qəzeti onun sözlərindən sitat gətirib.