İsrail qırıcıları Livandakı şiə təşkilatı Hizbullahın silahlı qanadının hədəflərinə yeni hücumlar həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı bir sıra Hizbullah terror obyektlərinə, o cümlədən Hizbullah terrorçularının fəaliyyət göstərdiyi hərbi obyektlərə zərbələr endirib”.
Bildirilir ki, bir müddət əvvəl Livandan İsrailin şimalındakı Kiryat Şmona şəhərinə tank əleyhinə raket buraxılıb.