İsveç üç ölkəyə 5,83 milyon dollar ayırır

13:30 - 8 Yanvar 2024 - DÜNYA

İsveç hökuməti Ukraynaya 50 milyon kron (4,86 milyon dollar), Moldova və Gürcüstana isə hər birinə 5 milyon kron (0,49 milyon dollar) məbləğində hərbi yardım göstərmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumət idarəsi məlumat yayıb.

“Dəstək NATO-nun müxtəlif fondları vasitəsilə həyata keçirilir və minalardan təmizləmə, böhranın idarə edilməsi, kibertəhlükəsizlik və təhsil və digər məsələlər üçün istifadə olunacaq”, - açıqlamada deyilir.

Xəbər xətti