Şimali Koreya lideri yumurta istehsalını artırmağı əmr edib

11:23 - 8 Yanvar 2024 - DÜNYA

Şimali Koreya lideri Kim Çen In yeni quşçuluq təsərrüfatına səfəri zamanı quş əti və toyuq yumurtası istehsalının artırılmasına göstəriş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) saytında məlumat verilib.

“İnsanları daha çox toyuq əti və yumurta ilə təmin etmək üçün istehsal gücünü daim artırmaq lazımdır”, - KXDR lideri deyib.

Agentliyin məlumatına görə, Şimali Koreya lideri bu barədə yanvarın 7-də Qvançon toyuq fabrikinə səfəri zamanı bildirib.

KCNA qeyd edib ki, KXDR lideri bu müəssisənin tikintisinin təşəbbüskarı olub. Agentliyin məlumatına görə, quşçuluq ferması Şimali Koreya xalqının qidalanmasının yaxşılaşdırılmasına mühüm töhfə verəcək.

Xəbər xətti