İsrail ordusu terrorçuların 30 hədəfinə zərbələr endirib

11:10 - 8 Yanvar 2024 - DÜNYA

İsrail hərbçiləri gecə ərzində Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində 30 hədəfə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"İD qoşunları və hava qüvvələri gecə ərzində Xan Yunisdə yeraltı hədəflər, terrorçuların infrastrukturu və silah anbarları da daxil olmaqla 30 mühüm terrorçu hədəfə zərbələr endirib. Bu zərbələr ərazidə əməliyyat fəaliyyətlərinin davam etdirilməsinə şərait yaradacaq", - deyə məlumatda bildirilir.

Bundan əlavə, Xan Yunisdə İsrailə raket atmağa hazırlaşan 10 terrorçu məhv edilib.

Xəbər xətti