"Hizbullah"ın zərbəsi nəticəsində İsrail hava qüvvələri bazasına ziyan dəyib

08:46 - 8 Yanvar 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Livan Hizbullah qruplaşmasının raket hücumu nəticəsində Meron Hərbi Hava Qüvvələri bazasının infrastrukturuna ziyan vurduğunu təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Bildirilir ki, “Hizbullah”ın raket hücumu nəticəsində İsrailin şimalında yerləşən Meron Hərbi Hava Qüvvələri bazasının hava hərəkətinin idarə edilməsi sisteminə ziyan dəyib. "Hizbullah" tərəfindən yayılan görüntülərə görə, iki radar qübbəsi tank əleyhinə idarə olunan raketlərlə vurulub.

Xəbər xətti