Suriyanın cənubunda baş verən partlayış nəticəsində bir neçə nəfər yaralanıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi polisdəki mənbəyə istinadən məlumat yayıb.
Partlayıcı qurğu eyniadlı əyalətin inzibati mərkəzi olan və ölkənin cənubunda yerləşən Dəra şəhərinin Korniş hava limanı yaxınlığında işə düşüb.
Bir neçə nəfərin yaralandığı qeyd edilir.