Girovların azad edilməsi üçün İsrail və HƏMAS arasında danışıqlar davam edir

20:22 - 7 Yanvar 2024 - DÜNYA

Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı İsrail və Fələstinin HƏMAS hərəkatı arasında rəsmi danışıqlar qrup rəhbərliyinin üzvü Saleh əl-Arurinin Beyrut ətrafında öldürülməsindən sonra davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.

Məlumata görə, Qətərin vasitəçiliyi ilə rəsmi danışıqlar davam edir. Lakin son hadisələr “ətrafdakı atmosferə təsir edib”. O da qeyd edilir ki, İsrail anklava hücumlarını bərpa edəcəyi üçün HƏMAS-ın girovları azad etməyə həvəsi yoxdur.

Xəbər xətti