Netanyahudan "Hizbullah"a XƏBƏRDARLIQ

15:55 - 7 Yanvar 2024 - DÜNYA

İsrail Livanla sərhəddə gərginliyi azaltmaq üçün siyasi və diplomatik yola üstünlük verir, lakin lazım gələrsə, öz təhlükəsizliyinin maraqları naminə istənilən başqa vasitə ilə hərəkət etməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu Baş nazir Benyamin Netanyahu deyib.

O, Hizbullah şiə təşkilatının silahlı tərəfdarlarını Livan-İsrail sərhədində daha da gərginləşməyə qarşı xəbərdar edib və onlara İsrail ordusunun tam hərbi əməliyyatlar apardığı radikal Fələstin HƏMAS hərəkatının təcrübəsini nəzərə almağı tövsiyə edib. “Hizbullah"a HƏMAS-ın artıq öyrəndiklərini öyrənməyi təklif edirəm:

"Heç bir terrorçu təhlükəsiz deyi". 

"Vətəndaşlarımızı qorumaq və şimal xalqını sağ-salamat öz evlərinə qaytarmaq əzmindəyik. Bu, hamımızın paylaşdığı milli məqsəddir və buna nail olmaq üçün məsuliyyətlə hərəkət edəcəyik. Əgər bacarırıqsa, bunu siyasi vasitələrlə edəcəyik , yoxsa, biz bunu başqa yollarla edəcəyik” - Netanyahu vurğulayıb.

"Düşmənlərimizə açıq mesajım var: oktyabrın 7-də baş verənlər bir daha təkrarlanmayacaq. Bu, rəhbərlik etdiyim hökumətin öhdəliyidir və buna görə də əsgərlərimiz döyüş meydanında özlərini qurban verirlər", - baş nazir əlavə edib.

Xəbər xətti