Rafael Nadal turnirdə iştirakdan imtina edib
Ucnoqta.az xəbər verir ki, ispaniyalı tennisçi Rafael Nadal Avstraliya Açıq çempionatından imtina etdiyini bildirib
Rafael Nadal Brisben turnirində avstraliyalı Cordan Tompsonla 1/4 finalda mübarizə apardıqdan sonra qarşıdan gələn Avstraliya Açıq çempionatında oynaya biləcəyinə "100 faiz əmin olmadığını" etiraf etmişdi.
İspan tennisçi sol ayağından zədələnib və sonra müalicə almaq üçün meydançanı tərk edib.
"Bu, keçən il baş verənlərə çox bənzəyir, lakin fərqlidir" - Nadal matçdan sonra bildirib.