Gürcüstanın Tsminda Sameba məbədində Stalini təsvir edən ikona qoyulub
Ucnoqta.az xəbər verir ki, bu barədə gürcü tarixçisi və siyasətçisi Giorgi Kandelaki öz Facebook səhifəsində yazıb. O, bildirib ki, Tbilisidə Tsminda Sameba kilsəsində (Müqəddəs Üçlük Katedrali) İosif Stalinin ikonası peyda olub.
Tarixçi müvafiq videonu dərc edib. Kadrlarda ikonanın işarələnməsi səhnələrindən birində Stalin görünür.
Videonun altındakı paylaşımda müxalifətçi Stalini “Gürcüstanın müstəqilliyinin məhv edilməsinin təşəbbüskarı” adlandırıb və onu ruhaniləri təqib etməkdə ittiham edib. O, həmçinin ikonanın görünməsini “Rus informasiya müharibəsi maşınının uğuru” ilə əlaqələndirib.