Yaponiyanın XİN rəhbəri Ukraynaya səfər edib

08:08 - 7 Yanvar 2024 - DÜNYA

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir xüsusilə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba ilə danışıqlar aparacaq. Kamikava bir sıra Avropa ölkələrinə, o cümlədən Polşa və Finlandiyaya, həmçinin ABŞ və Türkiyəyə səfər etmək üçün xaricə səfər edir. Ukraynaya səfər barədə əvvəlcədən məlumat verilməyib.

Xəbər xətti