Amerika Birləşmiş Ştatlar Portlenddə Alyaska Hava Yollarının uçuş depressurizasiyası hadisəsindən sonra bəzi "Boeing 737 MAX 9" təyyarələrinin istismarını dayandırmaq qərarına gəlib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) qərar qəbul edib.
FAA Administratoru qeyd edib ki, aviasiya idarəsi bu təyyarə modellərinin uçuşa qayıtmadan dərhal yoxlanılmasını tələb edir.
O qeyd edib ki, FAA təhlükəsizliyə əsaslanan qərarlar qəbul etməyə davam edəcək. Agentlik hazırda Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına Alyaska Hava Yollarının 1282 saylı reysi ilə bağlı araşdırmasında köməklik göstərir.