ABŞ prezidenti Co Bayden martın 7-də illik müraciətində Konqressə müraciət dəvətini qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Dövlət başçısı Nümayəndələr Palatasının spikeri Mayk Consonun müvafiq yazısına və məktubuna “Mən bunu səbirsizliklə gözləyirəm, cənab spiker” deyə cavab verib.
ABŞ prezidentləri illik müraciətlərində konqresmenlərə və senatorlara ölkədəki vəziyyət, əldə etdikləri nailiyyətlər barədə danışır və gələcək işlərinin prioritetlərini qeyd edirlər. Bayden üçün bu, ilk müddətinin Konqresdəki son çıxışı olacaq.