Maradonaya bəraət verilib - ölümündən sonra

01:03 - 7 Yanvar 2024 - İDMAN

İtaliya Kassasiya Məhkəməsi argentinalı keçmiş futbolçu Dieqo Maradonaya vergidən yayınma ittihamı ilə ölümündən sonra bəraət verib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi idmançının vəkili Ancelo Pisaniyə istinadən məlumat yayıb.
Məlumata görə, məhkəmə “vergidən yayınma ilə bağlı heç bir sübut olmadığını” qəbul edib. Vəkil xatırladıb ki, İtaliyada 1980-ci illərin sonlarında “Napoli”də çıxış etmiş futbolçudan 40 milyon avro almağa çalışıblar. “Bu hekayənin bitdiyini elan etmək olar. Maradona İtaliyanın vergi orqanlarına heç bir borcu yoxdur”.

Dieqo Maradona “Barselona”, “Napoli” və “Nyuells Old Boyz”da çıxışları ilə tanınır. Argentina millisinin üzvü kimi 1986-cı ildə dünya çempionu olub. Argentinalı futbol tarixinin ən böyük oyunçularından biri hesab olunur. O, 2020-ci ilin noyabrında 60 yaşında kəskin ürək çatışmazlığından vəfat edib.

Xəbər xətti