Yunanıstan razılaşmalara uyğun olaraq beşinci nəsil F-35 qırıcıları alacaq.
Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, hökumət mənbələri baş nazir Kiriakos Mitsotakis və ABŞ dövlət katibi Antoni Blinken arasında aparılan danışıqlardan sonra jurnalistlərə bildiriblər. Görüş Mitsotakisin Krit adasındakı Xaniyadakı evində baş tutub.
Hökumət mənbələri Yunanıstanın F-35-lərin tədarükü tələbi ilə bağlı suala “Yunanıstan, ardıcıl və etibarlı tərəfdaş və müttəfiq olaraq, razılaşdırılmış şeyi alacaq” deyib.