Polşa-Ukrayna sərhədindəki “Medyka - Şeqini” keçid məntəqəsi yenidən polşalı fermerlər tərəfindən bağlanıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu, iki ölkə sərhədində fəaliyyət göstərən səkkiz blokdan dördüncü sərhəd keçidi olub.
“Polşa sərhədçiləri tərəfindən verilən mövcud məlumata görə, bu gün saat 09:00 radələrində Polşa ərazisində, “Medyka” keçid məntəqəsinin qarşısındakı yolda, Ukraynanın “Şəqini” keçid məntəqəsinə bitişik, yük maşınları üçün hərəkətin dayandırılması bərpa edilib”, - deyə Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) Telegram kanalında bildirilir.
Departamentin məlumatına görə, bu istiqamətdə 800-ə yaxın yük maşını Ukraynaya daxil olmaq üçün gözləyir. Dövlət Sərhəd Xidmətindən əlavə edilib ki, eyni zamanda, blokadanın təşkilatçıları avtobusların və minik avtomobillərinin hərəkətinə maneə yaratmağı planlaşdırmırlar.