Yaponiyanın mərkəzi hissəsində silsilə güclü zəlzələlər baş verir
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Tokioda güclü təkanlar hiss olunur. Yaponiyanın qərbində 5,6 və 7,4 bal gücündə zəlzələlər bir-birinin ardınca bir neçə dəqiqə ərzində baş verib. Güclü təkanlar Osaka və Kiotoda hiss olunub.
Yaponiyada güclü zəlzələlərdən sonra sunami təhlükəsi elan edilib və insanlar dərhal sahilyanı ərazini tərk etməyə çağırılır, meteoroloqlar bildirir. Ölkəni Yapon dənizinin bütün sahillərində hündürlüyü 3 metrə çatan sunami gözləyir.