Türkiyənin Hakkari vilayətində bir-birindən yarım saat aralıda 4,4 və 4,5 bal gücündə iki zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
4,5 bal gücündə zəlzələnin episentri Hakkari şəhərindən 33 km cənub-şərqdə, 13 km dərinlikdə yerləşib.
Daha sonra yarım saat ərzində 4,4 bal gücündə ikinci zəlzələ 1,7 km dərinlikdə yerləşib.