Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tu-22M3 təyyarəsini "Bayraktar" pilotsuz uçan aparatı ilə vurub.
Ucnoqta.az xəbər verir ki, Ukrayna telekanalının efirində Kursk vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinin Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçan aparatı tərəfindən Rusiyanın səsdən sürətli strateji bombardmançı Tu-22M3 təyyarəsinin vurulması xəbəri ilə bağlı məlumat yayıb.