Oktyabrın 7-də silahlı qarşıdurmadan bəri Qəzza zolağında azı 312 tibb işçisi həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin Telegram-kanalında dərc olunmuş bəyanatında deyilir.
Həmçinin 142 tibb müəssisəsinə hücum edilib, nəticədə 23 xəstəxana və 53 tibb mərkəzi yararsız vəziyyətə düşüb. İsrail Qəzzanın şimalında yerləşən xəstəxanaların baş həkimləri də daxil olmaqla ən azı 99 fələstinli həkimi saxlamağa davam edir.
Ümumilikdə, nazirliyin məlumatına görə, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında silahlı münaqişə başlayandan indiyədək 21 672 nəfər ölüb, 56 165 nəfər yaralanıb.