"Real Madrid" 2024-cü ilin yanvarında Fransa və "Paris Saint-Germain" hücumçusu Kilian Mbappe ilə yenidən müqavilə bağlamağa çalışacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.
Məlumata görə, “Real Madrid”in prezidenti Florentin Peres Mbappe ilə birbaşa əlaqə saxlayır, lakin futbolçunun maaşı məsələsi hələ də açıq qalır. Bildirilir ki, fransalı ispan klubunda hazırda liderlərin qazandıqlarından iki dəfə çox pul almaq niyyətindədir. Ən yüksək maaş alan "Real Madrid" futbolçusu hazırda ildə 17 milyon avro ilə 20 milyon avro arasında qazanır.