Polşa ilə sərhəddə yerləşən Şeqini keçid məntəqəsindən avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Lvov vilayətinin patrul polisi məlumat yayıb.
Polis insanları alternativ yollardan istifadə etməyə çağırıb. Keçid məntəqəsinin nə vaxt açılacağı, eləcə də bağlanma səbəbləri barədə məlumat verilmir. İşin dayandırılmasının Polşa daşıyıcıları tərəfindən bloklanma ilə bağlı olub-olmadığı da hələlik məlum deyil.