Cənubi Afrika İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərəkətlərinin soyqırım kimi tanınması üçün Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Cənubi Afrika öz bəyanatında İsraili Soyqırım Konvensiyasından irəli gələn öhdəliklərini pozmaqda ittiham edir və İsrailin hərəkət və hərəkətsizliyini Qəzza zolağında fələstinliləri məhv etmək niyyəti ilə törətdikləri üçün soyqırım olduğunu iddia edir.
İsrail Cənubi Afrikanın ittihamlarını rədd edərək, Xarici İşlər Nazirliyi vasitəsilə Cənubi Afrikanın İsrail Dövlətini məhv etməyə çağırdığını və iddialarının heç bir faktiki və hüquqi əsası olmadığını söyləyib.