İsrail qüvvələrinin Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat fələstinli qaçqın düşərgəsinə növbəti zərbəsi dinc sakinlərin ölümünə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, məscidin yanında yerləşən ev atəşə tutulub. Ölən və yaralananların sayı barədə məlumat verilmir.
Hazırda Əl-Bureyc qaçqın düşərgəsi ərazisində radikal qruplaşmaların döyüşçüləri ilə İsrail hərbçiləri arasında şiddətli toqquşmalar gedir.
Cümə günü İsrailin Nuseyrat düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 20 nəfər ölüb, onlarla insan itkin düşüb.