Astana hava limanı çətin hava şəraiti ilə əlaqədar təyyarələrin enişini dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a hava limanının mətbuat xidmətindən məlumat verilib.
"Saat 09:30-dan 12:00-dək Astana Beynəlxalq Hava Limanının aerodromu çətin hava şəraiti ilə əlaqədar təyyarələrin qəbulu üçün bağlıdır. Hazırda paytaxt hava limanına gələn 27 reys gecikir. Hava yolları da pis hava şəraiti ilə əlaqədar uçuşları təxirə salmaq qərarına gəlib”, - mətbuat xidmətindən bildirilib.
Paytaxt hava limanı yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyib.
Onlayn tabloya əsasən, Astanadan 18 reysin uçuşu gecikir.