Avropa İttifaqı İsraili Qəzza zolağında döyüşlərdə humanitar fasilə verməyə çağırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Cosep Borrel X sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, İsrailin Qəzza zolağının mərkəzinə qurudan hücumu ordunun onları qorumaq öhdəliyinə baxmayaraq, çoxlu sayda mülki itkiyə səbəb olur. O xatırladıb ki, Maqazi qaçqın düşərgəsinə edilən hücumlar nəticəsində 150 mindən çox insan evsiz qalıb.
"Hərbi əməliyyatlarda yeni fasiləyə təcili ehtiyac var" -o, deyib.