Borrel İsraili Qəzzada humanitar fasilə verməyə çağırıb

00:04 - 30 Dekabr 2023 - DÜNYA

Avropa İttifaqı İsraili Qəzza zolağında döyüşlərdə humanitar fasilə verməyə çağırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Cosep Borrel X sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, İsrailin Qəzza zolağının mərkəzinə qurudan hücumu ordunun onları qorumaq öhdəliyinə baxmayaraq, çoxlu sayda mülki itkiyə səbəb olur. O xatırladıb ki, Maqazi qaçqın düşərgəsinə edilən hücumlar nəticəsində 150 ​​mindən çox insan evsiz qalıb.

"Hərbi əməliyyatlarda yeni fasiləyə təcili ehtiyac var" -o, deyib.

Xəbər xətti