Polşa Xarici İşlər Nazirliyi raket insidentinə görə Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaşı çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublika Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Axşam xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Andrey Ordaşa zəng edərək ona nota verib ki, Xarici İşlər Nazirliyi Polşanın hava məkanını pozan qanadlı raketlə bağlı insidentin izah olunmasını tələb edir”, - mətndə qeyd olunur.