Ukrayna Silahlı Qüvvələrində (AFU) xidmət edən britaniyalı həkim Ketrin Melniçuk Kiyevdəki mənzilində ölü tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Daily Mail” qəzeti Ukraynanın “Project Konstantin” qeyri-hökumət təşkilatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, 26 yaşlı Melniçukun meyiti dekabrın 24-də aşkarlanıb. İlkin məlumata görə, “onun ölüm səbəbi indiki mərhələdə şübhəli hesab edilmir”.