Tərtərdə pirotexniki vasitələr satan şəxslər müəyyən edilib

19:42 - 29 Dekabr 2023 - ÖLKƏ İÇİ

Tərtər rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində piroxtexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib.

Həmin ṣəxslərdən aşkarlanan pirotexniki vasitələr götürülüb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xəbər xətti