Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Wieslaw Kukula Rusiya raketinin qısa müddət ərzində respublikanın hava məkanına daxil olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” qəzeti məlumat yayıb.
"Hər şey Rusiya raketinin Polşa ərazisinə uçduğunu göstərir. O, izlənildi, sonra o, bizim ərazimizi tərk etdi. Biz bunu daha da yoxlamaq üçün axtarışlar aparırıq" - o, qeyd edib.