Hindistan yaxın 5 ildə Yer səthini müşahidə etmək üçün 50 peyk buraxmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) rəhbəri Şridhara Somanat məlumat verib.
"Biz müxtəlif orbitlərdə GEO səviyyəsindən başlayaraq LEO , həmçinin çox aşağı Yer orbitinə qədər bir neçə eşelon yaradacağıq", - Mumbay Texnologiya İnstitutunda keçirilən elmi simpoziumda kosmik bölmələrin rəhbəri deyib.
Kosmik peyklərin bürcünün genişləndirilməsi nəticəsində Hindistan çox böyük potensial qazanacaq.
"Biz həm Hindistan ərazisini, həm də qonşu bölgələri izləyə biləcəyik" - Somanath qeyd edib.
Onun sözlərinə görə, yeni kosmik aparatların yaradılması zamanı ISRO süni intellektdən istifadə etməklə daha çox yanaşma, eləcə də yer səthində məlumatların toplanması və təhlili üçün qabaqcıl optik və elektron sistemlər tətbiq etməyi planlaşdırır.