İran hakimiyyəti İsraillə əlaqəli təxribat qrupunun on üzvündən dördünə qarşı ölüm hökmünü icra edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ISNA agentliyi Qərbi Azərbaycan əyalətinin məhkəməsinin bəyanatına istinadən məlumat yayıb.
“İsrail kəşfiyyat xidməti Mossad zabitlərinin rəhbərliyi altında öz əməlləri ilə ölkənin təhlükəsizliyini pozmağa cəhd edən "sionist" rejimlə əlaqəli təxribat qrupunun dörd üzvü bu gün səhər edam edilib” - məlumatda deyilir.