Taylandın cənubunda leysan yağışların səbəb olduğu son 50 ilin ən böyük daşqınlarından sonra 7 nəfər ölüb, daha biri itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Thai PBS məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yağıntıların dayanması ilə çaylarda suyun səviyyəsi azalmağa başlayıb, lakin bölgədə bir çox yollar nəqliyyat vasitələri üçün keçilməz olaraq qalır.