İsrail radikal Fələstinin Həmas qruplaşmasının Qəzza zolağında saxladığı girovların azad edilməsi ilə bağlı danışıqlar aparır.
Ucnoqta.az-ın məlumatına görə, “The Jerusalem Post” qəzeti xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahu girovların qohumları ilə görüşündə bildirib.
İsrailin bütün girovları geri qaytarmaq üçün çalışdığını deyən Netanyahu, Qətər və Misirin məsələni irəlilətmək üçün iki ayrı təklif irəli sürdüyünü bildirib.
Mən danışıqların vəziyyəti haqqında ətraflı danışa bilmərəm, biz onların hamısını evə qaytarmağa çalışırıq. Məqsədimiz budur", - o, girovların ailələrinin nümayəndələrinə deyib.