Lvovda partlayışlar baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Public” nəşri yazır.
Təfərrüatlar verilməyib. Bundan əvvəl yerli hakimiyyət orqanları Lvov vilayətində hava hücumundan müdafiə sistemlərinin işləməsi barədə məlumat vermişdilər.
Bir müddət sonra Ukraynanın “Zerkalo Nedeli” nəşri şəhərdə təkrar partlayışlar barədə məlumat yayıb. Lvov meri Andrey Sadovoy məlumatı təsdiqləyib.
Ukraynanın 16 bölgəsində hava hücumu xəbərdarlığı elan edilib.