Norveç şahmatçısı Maqnus Karlsen Dünya Rapid Çempionatının qalibi olub. Turnir Səmərqənddə baş tutub.
Ucnoqta.az xəbər verir ki, 13 raundun yekununda Karlsen 10 xal toplayıb. İkinci yeri Sloveniya təmsilçisi Vladimir Fedoseyev (9,5), üçüncü yeri çinli Yu Yangyi (9) tutub.
Turnirin qalibi 60 min dollar, gümüş mükafatçı 50 min dollar, bürünc mükafatçı 40 min dollar mükafat alacaq.
Blits yarışı dekabrın 29-30-da keçiriləcək.