Latviya 1,2 mindən çox rusiyalını ölkədən çıxarır

16:10 - 28 Dekabr 2023 - DÜNYA

Latviya hüquqi statusunu tənzimləmədiyi iddia edilən 1,2 mindən çox Rusiya vətəndaşını ölkədən zorla çıxarmaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın milli dövlət televiziya və radiosunun lsm.lv portalı məlumat yayıb.

"Noyabrın 30-da ayrılmış müddət başa çatana qədər 1213 nəfər Latviyada yaşamaq icazəsi almaq üçün sənəd təqdim etməyib. Onlar Latviya ərazisini tərk etməlidirlər", - məlumatda deyilir.

Göndərilən məlumatda qeyd edildiyi kimi, Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsində bu kateqoriyadan olan 904 nəfərin Latviya sərhədini keçdiyi, yəni ölkəni tərk etdiyi barədə məlumat var.

Xəbər xətti