Litva ukraynalı tələbələrə 4,6 milyon avro xərcləyib

14:50 - 28 Dekabr 2023 - DÜNYA

Litvada ukraynalıların təhsili 2023-cü ildə Vilnüsə 4,6 milyon avroya başa gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baltik Respublikasının Təhsil, Elm və İdman Nazirliyi məlumat yayıb.

“Bu il Litvanın universitet və institutlarında ali təhsil alan 1 mindən çox ukraynalı tələbənin təhsili üçün 4,6 milyon avro ayrılıb”, - deyə departament qeyd edib.

Bildirilir ki, təlimin dəyərinin 60%-ni dövlət ödəyir. Digər hissə muxtar ali məktəblərin əhatəsindədir.

Xəbər xətti