İsrailin Qəzza zolağının yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb, onlarla insan yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudra məlumat verib.
Məlumata görə, həlak olanların sayı arta bilər.
Səhiyyə Nazirliyinin son məlumatlarına görə, İsrailin Yaxın Şərq münaqişəsinin yeni mərhələsi başlayandan oktyabrın 7-də Qəzza zolağında endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 21 mini, yaralıların sayı 55 mini ötüb.