İturup adasının cənub-şərqində okeanda 6,4 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, mənbə 160 km dərinlikdə yerləşir.
Yeraltı təkanlar Yaponiyanın Hokkaydo adasında hiss olunub.