Rumıniya Avstriya və Bolqarıstan ilə “Şengen” haqqında saziş imzalayıb
Ucnoqta.az xəbər verir ki, Rumıniya Daxili İşlər Nazirliyi Avstriya və Bolqarıstanın müvafiq nazirlikləri ilə 2024-cü ilin mart ayından etibarən Rumıniya və Bolqarıstanın hava və dəniz sərhədlərində Aİ Şengen qanunvericiliyinin tətbiqi ilə bağlı siyasi razılığın əldə edildiyini açıqlayıb.
2023-cü il dekabrın 23-də Daxili İşlər Nazirliyi Avstriya və Bolqarıstanın müvafiq nazirlikləri ilə Şengen zonasının Rumıniya və Bolqarıstana genişləndirilməsi və mart ayından başlayaraq Aİ Şengen qanunvericiliyinin hava və dəniz sərhədlərində tətbiqi ilə bağlı siyasi razılıq əldə edib.
Daxili İşlər Nazirliyi onu da qeyd edir ki, dekabrın 26-da və 27-də “Diplomatik kanallar vasitəsilə daxili işlər nazirlikləri, xarici işlər nazirlikləri arasında, o cümlədən Avropa İttifaqında akkreditə olunmuş diplomatik nümayəndəliklər səviyyəsində qərar layihəsi ilə bağlı danışıqlar aparılıb. Bu danışıqlar dekabrın 28-də davam etdiriləcək.